"Çelsi" Hatonu heyətinə qatdı
İngiltərənin Premyer Liqa təmsilçisi "Çelsi" yeni mövsüm öncəsi Niderlandın "Ayaks" komandasında çıxış edən müdafiəçi Jorrel Hatonu heyətinə cəlb edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Çelsi" klubunun rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, 19 yaşlı sol cinah müdafiəçisi ilə 2032-ci ilə qədər uzunmüddətli müqavilə imzalanıb.
London təmsilçisi bu transfer üçün "Ayaks" klubuna 44 milyon avro məbləğində təzminat ödəyəcək.
Qeyd edək ki, Hato ötən mövsüm "Ayaks"ın heyətində 50 oyuna çıxaraq 3 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Töhfə Səməd