Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!"
Kabo Verde millisinin İspaniya ilə əldə etdiyi heç-heçə dəyərlidir və komandanın potensialını göstərir.
TodayPress TV xarici mediaya isitnadən xəbər verir ki, bunu Kabo Verde millisinin baş məşqçisi Bubista İspaniya yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis bərabərə qaldıqları görüşü dəyərləndirib:
"İspaniya kimi güclü rəqibə qarşı oynamaq hər zaman çətindir. Futbolçularım meydanda böyük fədakarlıq göstərdilər və oyun planına sadiq qaldılar. Müdafiədə düzgün təşkilatlanmışdıq və rəqibə geniş imkanlar vermədik. Bu nəticə bizim üçün dəyərlidir və komandanın potensialını göstərir".
Qeyd edək ki, İspaniya - Kabo Verde görüşündə hesab açılmayıb.