Bruno Fernandeşin “Mançester Yunayted”də gələcəyi ilə bağlı qərar verildi

Bruno Fernandeşin “Mançester Yunayted”də gələcəyi ilə bağlı qərar verildi
18.08.2026 12:29 İdman

“Mançester Yunayted” klubu yarımmüdafiəçisi və kapitanı Bruno Fernandeşlə müqaviləni uzatmaq istəyir. 

TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Daha əvvəl “Qalatasaray” klubunun portuqaliyalı futbolçuya maraq göstərdiyi bildirilsə də, “qırmızı şeytanlar” Fernandeşi satmaq niyyətində olmadıqlarını qəti şəkildə ortaya qoyublar. Öz növbəsində, 31 yaşlı futbolçu da hazırkı komandasında qalmaq istədiyini bildirib.

Fernandeşin xarici klublar üçün 57 milyon funt sterlinq məbləğində nəzərdə tutulan sərbəst qalma maddəsi də artıq qüvvədə deyil.

Qeyd edək ki, portuqaliyalı futbolçu 2020-ci ilin yanvarından “Mançester Yunayted”in formasını geyinir. O, ötən mövsüm meydana çıxdığı 37 oyunda 9 qol vurub və 22 məhsuldar ötürmə edib. 

Bruno Fernandeşin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalında yarımmüdafiəçinin bazar dəyəri 35 milyon avro qiymətləndirilir.

Namiq HUN

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər