Braun LeBronla bağlı həyəcanını gizlətmədi
Ceylen Braun LeBron Ceymslə eyni komandada oynamaq barədə danışıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə şəxsi sosial şəbəkəsində açıqlama edib.
NBA-nın “Filadelfiya” klubunun hücumçusu Ceylen Braun komanda yoldaşı olduğu ulduz basketbolçu LeBron Ceyms ilə eyni komandada çıxış etməyin onun üçün böyük fürsət olduğunu bildirib:
“Bizim LeBronumuz var və bu, inanılmaz imkandır. Mən öyrənməyi çox sevirəm. Bütün dövrlərin ən böyük basketbolçularından, bəlkə də ən böyüyündən nəsə öyrənmək şansı əldə etmək həm meydanda, həm də meydandan kənarda böyük təcrübədir. Bu bilikləri mənimsəyib gələcək karyeram üçün baza formalaşdırmaq istəyirəm”.
Xatırladaq ki, LeBron Ceyms “Filadelfiya” ilə iki illik müqavilə imzalayıb.
Namiq HUN