Boksçumuz Portuqaliyada qızıl medal qazandı
Azərbaycan boksçusu Abbasqulu Şadlinski (75 kq) Portuqaliyada qızıl medal qazanıb.
Bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata görə, milli üzvü Braqada beynəlxalq turnirin qalibi olub.
Şadlinski yarımfinalda Françisko Silvanı (Portuqaliya) mübarizədən kənarlaşdırıb.
O, finalda bəhreynli Hassan Camşirlə döyüşüb və qələbə qazanıb.