Boks əfsanəsinin oğlu ilk basketbol xalı ilə tarix yazdı

Boks əfsanəsinin oğlu ilk basketbol xalı ilə tarix yazdı
06.04.2026 17:33 İdman

Boks üzrə keçmiş dünya çempionu və hazırda Kiyev şəhərinin meri olan Vitaliy Kliçkonun oğlu Maksim Kliçko ilk basketbol xalını qazanıb.

TodayPress TV xəbər verir ki, o, “Monako” klubunun heyətində fərqlənib. 

21 yaşlı ukraynalı mərkəzçi Fransa milli çempionatının “Monako” – “Dijon” matçında (108:95), üçüncü dövrənin sonunda meydana çıxaraq sərbəst atışdan bir xal qazanıb.

Qeyd edək ki, Maksim 2021-ci ildən basketbolla məşğul olur. O, bu ilin baharında “Monako” klubunda debüt edib. Hazırda onun klubda yalnız iki oyunu var. Əvvəlki matçlardan birində isə Kliçko rəqib oyunçunu yumruqla vurub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər