Böhran dərinləşir: Ronaldo “Əl-Nəsr”ə qarşı boykot qərarı verdi

İdman

02.02.2026 09:17

Portuqaliyalı hücumçu Kriştianu Ronaldo “Əl-Nəsr” klubundakı mövcud vəziyyətdən narazıdır və komandanın oyunlarında iştirak etməkdən imtina edir. 

TodayPress TV xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının XX turunda “Ər-Riyad”la keçiriləcək qarşılaşmanı buraxmaq niyyətindədir. Futbolçu Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) “Əl-Nəsr”i idarə etmə tərzindən narazıdır.

Bildirilir ki, portuqaliyalı ulduz klubda investisiyaların azlığından şikayət edir. Ronaldonun fikrincə, rəhbərlik komandanın inkişafına mane olur, xüsusilə də transfer bazarında daha fəal olan “Əl-Hilal”la müqayisədə “Əl-Nəsr” geri qalır.

Qeyd edək ki, Kriştianu Ronaldo 2023-cü ildən “Əl-Nəsr”də çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Namiq HUN

TodayPress TV

tag: Kriştianu Ronaldo,“Əl-Nəsr”,Səudiyyə Ərəbistanı Pro Liqası,Boykot ,Todaypress.tv,