“Biz futbolu itirdik”: Blatter FİFA-nı tənqid etdi

“Biz futbolu itirdik”: Blatter FİFA-nı tənqid etdi
14.07.2025 15:11 İdman

FİFA-nın keçmiş prezidenti Yozef Blatter təşkilatın indiki rəhbərliyini seçdiyi istiqamətə görə tənqid edib. 

TodayPress TV xəbər verir ki, onun sözlərini “The Athletic” nəşri sitat gətirir.

"Futbol Səudiyyə Ərəbistanına getdi. Onlara oyunu təklif etdilər, onlar da götürdülər. Təəccüblüdür ki, FİFA daxilində heç kim buna qarşı çıxmır. Yarışlar həddən artıq çoxdur, oyunçular və klublar tükənib. Yayda sərt təqvim, istilər, klub çempionatı - bütün bunlar futbolçuların sağlamlığına mənfi təsir göstərir", - o deyib.

Qeyd edək ki, Blatter FİFA-ya 1998-2015-ci illərdə rəhbərlik edib. Hazırkı prezident 55 yaşlı Canni İnfantinodur.

Nicat Osman

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər