Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-priləri ləğv oluna bilər!

İdman

29.04.2026 17:15

“Formula-1” rəhbərliyi 2026-cı il mövsümündə Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prilərinin keçirilib-keçirilməyəcəyi ilə bağlı açıqlama verib.

TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” nəşri məlumat yayıb. 

“Formula-1”in korporativ əlaqələr üzrə baş mütəxəssisi Liam Parker Yaxın Şərqdəki hərbi münaqişə fonunda vəziyyətin qeyri-müəyyən olduğunu bildirib.

“Bu il Yaxın Şərq mərhələləri itirilibmi? Hər kəs televizora baxa bilər, hər gün xəbərlərdə vəziyyətin nə qədər dəyişkən və dinamik olduğunu görür. Sabah nə olacağını heç kim bilmir, sentyabr və ya oktyabrı demirəm”, – deyə Parker açıqlayıb. 

Hazırda cari mövsümdə planlaşdırılan beş mərhələdən yalnız üçü baş tutub. Avstraliya, Çin və Yaponiya Qran-priləri keçirilib.

Növbəti mərhələ isə mayın 1-dən 3-dək ABŞ-də təşkil olunacaq Mayami Qran-prisi olacaq.

Namiq HUN

TodayPress TV

tag: Formula-1,Bəhreyn,Səudiyyə Ərəbistanı,Qran-pri,Todaypress.tv,