Azərbaycanlı hakimlər üçün UEFA-dan yeni mövsüm sınağı!
Yeni mövsümün startı ərəfəsində İsveçrənin Cenevrə şəhərində Elit və 1-ci kateqoriyalı futbol hakimləri üçün UEFA-nın ənənəvi yay kursu keçiriləcək.
TodayPress TV xəbər verir ki, avqustun 31-dən sentyabrın 2-dək təşkil olunacaq tədbirdə Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Əliyar Ağayev və Elçin Məsiyev təmsil edəcəklər.
Mövsümə hazırlıq xarakteri daşıyan toplantıda UEFA Hakimlər Komitəsinin yeni təlimatları iştirakçılara təqdim olunacaq. Həmçinin hakimlərin fiziki hazırlıq səviyyəsi yoxlanılacaq.
Qeyd edək ki, UEFA hər mövsüm Avropanın aparıcı hakimləri üçün yay və qış aylarında hazırlıq və təkmilləşdirmə kursları təşkil edir.
Namiq HUN