Azərbaycanlı boksçu Gürcüstan millisinə gümüş medal qazandırdı

Azərbaycanlı boksçu Gürcüstan millisinə gümüş medal qazandırdı
10.10.2025 05:44 İdman
Çexiyanın Ostrava şəhərində 19 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında Gürcüstanı təmsil edən Elnur Abdullayev ikinci yeri tutub.

TodayPress TV xəbər verir ki, Qardabanidən olan soydaşımız 75 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb.

Boksçu yarımfinalda Almaniyadan olan rəqibi Marko Nedelkoviçə qalib gəlib, finalda isə ingiltərəli rəqibi Oliver Maileni üstələyə bilməyib.

Qardabani Bələdiyyə Şurası E. Abdullayevi qələbə münasibətilə təbrik edib və idmançıya uğurlar arzulayıb.

Qeyd edək ki, Gürcüstan millisi çempionatı 3 qızıl və 2 gümüş medalla başa vurub ki, bu da ölkənin boks tarixində U-19 yaş kateqoriyasında ən yaxşı nəticəsidir.


XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər