Azərbaycanın voleybol üzrə oğlanlardan ibarət U-17 millisi III MDB Oyunlarında 4-cü oldu

Azərbaycanın voleybol üzrə oğlanlardan ibarət U-17 millisi III MDB Oyunlarında 4-cü oldu
06.10.2025 22:30 İdman

Azərbaycanın voleybol üzrə oğlanlardan ibarət U-17 millisi III MDB Oyunlarında dördüncü olub.

TodayPress TV xəbər verir ki, dairəvi sistem üzrə keçirilən yarışda yığma sonuncu oyununda Belarusa 1:3 hesabı ilə uduzub.

3 xalı olan milli dördüncü yerlə kifayətlənib.

Maksimum nəticə göstərən Rusiya (12 xal) qızıl medal qazanıb. Belarus ikinci (9 xal), Özbəkistan üçüncü (6 xal) nəticə göstərib.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər