Azərbaycanın məşhur atleti ana oldu

Azərbaycanın məşhur atleti ana oldu
04.08.2025 10:48 İdman

Azərbaycan millisinin ukraynalı legioneri, dördqat Olimpiya iştirakçısı Anna Skidan ana olub.

TodayPress TV xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Anna Skidan çəkicatma üzrə 2015-ci il Universiadasının, 2017 və 2021-ci il İslam Həmrəyliyi Oyunlarının qalibi, 2016-cı il Avropa çempionatının bürünc mükafatçısıdır. 

Skidan 2023-cü ildə Azərbaycan idmanına xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Namiq HUN

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər