Azərbaycanın futzal millisinin rəqibləri məlum oldu
Azərbaycanın futzal millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli olub.
TodayPress TV xəbər verir ki, yığma komanda A qrupunda Səudiyyə Ərəbistanı, Özbəkistan və Liviya ilə mübarizə aparacaq.
B qrupunda isə Mərakeş, Əfqanıstan, Tacikistan və İran yer alıb.
Qrup mərhələsinin oyunları noyabrın 4-də, 6-da və 8-də keçiriləcək. İlk iki pilləni tutan komandalar “güclü kvartet”ə adlarını yazdıracaqlar. Yarımfinal mərhələsinin görüşləri noyabrın 9-da baş tutacaq.
VI İslam Həmrəyliyi Oyunları mükafatçılarının adları isə noyabrın 11-də keçiriləcək həlledici oyunlardan sonra müəyyənləşəcək.
Namiq HUN