Azərbaycanın 6 cüdoçusu tatamiyə çıxır!
Tacikistanın paytaxtı Düşənbədə mayın 1-dən 3-dək cüdo üzrə “Böyük Dəbilqə” turniri keçiriləcək.
TodayPress TV xəbər verir ki, 34 ölkədən 248 idmançının qatılacağı mötəbər turnirdə Azərbaycanı 6 cüdoçu təmsil edəcək.
Bunlar Murad Muradlı (60 kq), Nizami İmranov və İslam Rəhimov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq), eləcə də Uşanqi Kokauri və Camal Qamzatxanovdur (hər ikisi +100 kq).
Azərbaycan millisi böyük məşqçilər Elçin İsmayılov və Slavko Tekiçin rəhbərliyi altında “Böyük Dəbilqə” turnirinin medalları uğrunda mübarizə aparacaq.
Namiq HUN