Azərbaycan şahmatçısı “Grand Swiss” turnirində liderliyə yüksəldi
Beynəlxalq qrossmeyster Ülviyyə Fətəliyeva Özbəkistanda keçirilən nüfuzlu “Grand Swiss” turnirinin lideridir.
TodayPress TV xəbər verir ki, o, qadınlar arasında təşkil olunan Səmərqənd turnirinin V turunda keçmiş dünya çempionu Aleksandra Kostenyuka (İsveçrə) qara fiqurlarla qalib gəlib.
Nəticədə 5 mümkün xaldan 4 xal toplayan Ülviyyə “Grand Swiss” turnirində birinci pilləni nəzarətə götürüb.
Namiq HUN