Azərbaycan millisinin üzvləri reytinqdə ön sıralarda
İdman
04.05.2026 16:24
Beynəlxalq Cüdo Federasiyası (IJF) tatami ustalarının yeni dünya reytinqini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Azərbaycanın 6 cüdoçusu dünya reytinqində ilk beşlikdə yer alıb.
60 kq çəki dərəcəsində çıxış edən Bəlabəy Ağayev (3658 xal) lider mövqeyini dördüncü pilləyə dəyişib.
Ruslan Paşayev (3593 xal) çəkisi 66 kq-dək olan cüdoçular arasında beşinci pillədəki yerini qoruyub saxlayıb.
73 kq çəki dərəcəsində yarışan olimpiya çempionu Hidayət Heydərov (4046 xal) da ilk beşliyi tamamlayır.
81 kq çəki dərəcəsində çıxış edən Zelim Tçkayev (3562 xal) bir pillə geriləyərək beşinci yerdə qərarlaşıb.
Olimpiya çempionu Zelim Kotsoyev (5120 xal) ikinci pillədəki mövqeyini qoruyub.
İki pillə irəliləyən Uşanqi Kokauri (3682 xal) də ilk beşliyi tamamlayıb.
Namiq HUN
tag: Azərbaycan,Cüdo,Reytinq,Açıqlama,Todaypress.tv,
