Azarkeşlərin hərəkəti klublara baha başa gəldi!

İdman

29.04.2026 15:35

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXIX turunda baş verən intizam pozuntularına görə “Neftçi” klubunu 13 min manat məbləğində cərimələyib.

TodayPress TV xəbər verir ki, “Neftçi” – “Qarabağ” oyununda Bakı təmsilçisinin azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 5000 manat cərimə olunub. Bu hal cari mövsümdə artıq 6-cı dəfə təkrarlanıb.

Bundan başqa, “Neftçi” azarkeşlərinin matç ərzində kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə klub əlavə 8000 manat cərimə edilib. Bu qayda pozuntusu isə cari mövsümdə 8-ci dəfə qeydə alınıb.

Görüşdə “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə olunmasına görə Ağdam təmsilçisi də 7000 manat məbləğində cərimələnib. Bu hal mövsüm ərzində 4-cü dəfə baş verib.

Namiq HUN

TodayPress TV

tag: AFFA,Qarabağ,Neftçi,Cərimə,Todaypress.tv,