Avropa Liqasında finala gedən yol bu gün açılır

Avropa Liqasında finala gedən yol bu gün açılır
07.05.2026 10:18 İdman

Bu gün UEFA Avropa Liqasında finalçıların adına aydınlıq gələcək.

TodayPress TV xəbər verir ki, Almaniyada “Frayburq” klubu “Braqa”nı qəbul edəcək. Portuqaliya təmsilçisi ilk görüşdə qələbə qazanıb - 2:1.

Digər matçda isə İngiltərə klubları öz aralarında güclünü müəyyən edəcəklər. İlk matçda “Nottinqem Forest”ə (0:1) uduzan “Aston Villa” doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Yarımfinal mərhələsinin cavab oyunları Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, final oyunu mayın 20-də İstanbulda təşkil olunacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər