Avropa çempionatı: İki boksçumuz finala yüksəldi

Avropa çempionatı: İki boksçumuz finala yüksəldi
08.10.2025 10:06 İdman

Çexiyanın Ostrava şəhərində keçirilən boks üzrə U-19 Avropa çempionatında yarımfinal döyüşlərinə start verilib.

TodayPress TV xəbər verir ki, Azərbaycan millisinin iki boksçusu finala yüksəlib.

Banuçiçək Nəsirli (48 kq) yarımfinalda Amelya Sulanı (İtaliya) məğlub edib – 5:0 (29:26, 29:27, 29:27, 30:25, 30:25). O, finalda Matilda Fraqnierlə (Fransa) döyüşəcək.

Bilalhəbaşi Nəzərov (50 kq) isə Lonut Razvan Panaintenə (Rumıniya) hər üç raundda qalib gəlib - 5:0 (30:27, 30:26, 30:25, 30:25, 30:26). Nəzərov həlledici görüşdə Tommaso Orlando (İtaliya) münasibətinə aydınlıq gətirəcək.

Digər boksçumuz Sübhan Babayev (60 kq) isə qitə yarışının bürünc medalı ilə kifayətlənib.

Qeyd edək ki, Avropa çempionatında final döyüşləri oktyabrın 10-da keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bütün Xəbərlər