Avroliqa: “Fənərbağça”dan möhtəşəm seriya
Monakoda basketbol üzrə Avroliqanın müntəzəm çempionatının XV turu çərçivəsində yerli “Monako” ilə Türkiyənin “Fənərbağça” klubu arasında qarşılaşma baş tutub.
TodayPress TV xəbər verir ki, oyunda İstanbul təmsilçisi 92:86 hesablı qələbə qazanıb.
“Fənərbağça”nın heyətində ən məhsuldar oyunçu 24 xal toplayan və 4 ribaund edən Teylen Horton-Takker olub.
“Monako”da isə Mayk Ceyms 20 xal, 3 ribaund və 3 ötürmə ilə fərqlənib.
Qeyd edək ki, bu məğlubiyyət “Monako” klubunun Avroliqada son dörd oyunda ilk yenilgisi olub. “Fənərbaxça” isə ardıcıl altıncı qələbəsini qazanıb.
Namiq HUN