Avarçəkənlərimiz beynəlxalq turnirdə fərqləndi!

Avarçəkənlərimiz beynəlxalq turnirdə fərqləndi!
29.04.2026 14:38 İdman

İtaliyada avarçəkmə üzrə “Paolo d’Aloja” xatirə turniri keçirilib.

TodayPress TV xəbər verir ki, Azərbaycan komandası Apenin yarımadasında təşkil olunan yarışda iki medal əldə edib

Nurlan Paşayev və Ziya Məmmədzadədən ibarət duet 2 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə gümüş medal qazanıb.

Azər İlyasov isə 1 nəfərlik qayıqda eyni məsafədə bürünc medala sahib çıxıb.

Beləliklə, avarçəkmə millimiz nüfuzlu beynəlxalq turniri iki medalla başa vurub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər