“Arsenal”a ağır zərbə - Merino mövsümün böyük hissəsini buraxa bilər
İdman
02.02.2026 09:15
“Arsenal” klubu Avropa çempionunun uzun müddət sıradan çıxdığını açıqlayıb.
TodayPress TV klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisinin və İspaniya milli komandasının yarımmüdafiəçisi Mikel Merino əməliyyat olunacaq.
Premyer Liqanın XXIII turunda “Mançester Yunayted”lə oyunda (2:3) xəsarət alan Merinonun sağ ayaq pəncəsində sümük zədəsi aşkarlanıb. Futbolçu cərrahi əməliyyata qatılacaq. Onun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi cari mövsüm bütün turnirlərdə 33 oyunda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Mikel Merino 2024-cü ildə Almaniyada keçirilən Avropa çempionatının İspaniya milli komandası ilə qalibi olub.
Namiq HUN
tag: Arsenal,Avropa ,London ,Mançester,Todaypress.tv,
