Ançelottinin seçimi: “FIFA The Best”də Enrike birinci oldu
İdman
17.12.2025 10:05
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “FIFA The Best” versiyasına görə 2025-ci ilin ən yaxşı məşqçisini seçib.
TodayPress TV xəbər verir ki, “pentakampeonlar”ın çalışdırıcısı birinci yerə PSJ-nin baş məşqçisi Luis Enrikeni layiq görüb.
İkinci pillədə “Barselona”nın baş məşqçisi Hans-Diter Flik qərarlaşıb. İtaliyalı mütəxəssis üçüncü yerə Meksika millisində çalışan Xavyer Aqirreni daxil edib.
Qeyd edək ki, “2025-ci ilin ən yaxşı məşqçisi” nominasiyasında qalib elə Luis Enrike olub. O, ötən mövsüm PSJ ilə UEFA Çempionlar Liqasını, Fransa çempionatını, ölkə Kubokunu və Superkuboku qazanıb.
İlin ən yaxşı məşqçi və futbolçularının mükafatlandırma mərasimi dekabrın 16-da Qətərin paytaxtı Dohada keçirilib.
Namiq HUN
tag: Karlo Ançelotti,Braziliya,Mükafat,Luis Enrike,Todaypress.tv,
