Ançelotti çalışdırdığı ən yaxşı futbolçuların adlarını açıqladı

Ançelotti çalışdırdığı ən yaxşı futbolçuların adlarını açıqladı
16.09.2025 15:14 İdman

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti, indiyədək çalışdırdığı ən yaxşı futbolçuların adlarını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Madrid Zone nəşri məlumat yayıb. 

“İndiyədək çalışdırdığım ən yaxşı oyunçular: Ronaldu, Kriştianu Ronaldu, Kaka, Toni Kroos, Luka Modriç, Vinisius Junior, Didye Droqba”, – deyə Ançelotti bildirib.

Qeyd edək ki, italiyalı məşqçi karyerası ərzində “Yuventus”, “Milan”, “Çelsi”, “Everton”, PSJ, “Real Madrid”, “Bavariya” və “Napoli” kimi klublara rəhbərlik edib. 66 yaşlı mütəxəssisin aktivində 31 titul var. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər