Akrobatlar final mərhələsində ikinciliklə kifayətləndilər
Akrobatlarımız Polşada keçirilən Dünya kubokunda iki gümüş medal qazanıb.
TodayPress TV xəbər verir ki, Rzeşov turnirində Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi dueti fəxri kürsüyə qalxıb.
Heyəti Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Al-Meşayxidən ibarət kvartet də yarışın gümüş medalı ilə kifayətlənib.
Namiq HUN