AFFA-dan sərt cəza

AFFA-dan sərt cəza
15.10.2025 13:06 İdman

AFFA “Ağdaş” klubunun futbolçusu Ülvi Sarıyevi və baş məşqçi Ruslan Hüseynovu Azərbaycan Kubokunun I təsnifat mərhələsində “Qaradağ Lökbatan”la matçda hakimləri təhqir etdiklərinə görə cəzalandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

“Ağdaş”ın baş məşqçisi R.Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalandırılıb. Futbolçu Ü.Sarıyev də eyni hərəkətə yol verdiyinə görə cəza alıb. “Ağdaş” klubu həmçinin 2000 manat cərimələnib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər