AƏOH Olimpiya mükafatçısını təltif etdi

AƏOH Olimpiya mükafatçısını təltif etdi
19.05.2025 13:35 İdman

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov “Ədalətli Oyun ruhu” mükafatına layiq görülüb.   

TodayPress TV xəbər verir ki, Olimpiya mükafatçısı Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) təşkil etdiyi mərasimdə təltif olunub. 

Yunanıstanda keçirilən qala gecədə idmanda dürüstlük, hörmət və həmrəyliyi təcəssüm etdirən fərdlər, idmançılar və idman təşkilatları mükafatlandırılıblar.

Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən namizədliyi irəli sürülən Paris-2024-ün gümüş mükafatçısı Qaşım Maqomedov idmanda nümunəvi davranışına və etik dəyərlərə sadiqliyinə görə Avropa Ədalətli Oyunlar Hərəkatının “Ədalətli Oyun ruhu” mükafatına layiq görülüb. 

Namiq HUN

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər