Abdurrahman Hüseynli dünya çempionatında gümüş medal qazandı
Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb.
TodayPress TV xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı finalda özbəkistanlı Bunyod Hasanova uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.