4 illik cəza təhlükəsi – Mudrikin taleyi sual altındadır

İdman

02.05.2026 10:41

BBC Mixail Mudrikin “Çelsi”dəki gələcəyi ilə bağlı məqalə yayımlayıb.

TodayPress TV nəşrə istinadən xəbər verir ki, futbolçu antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya alarsa, London klubu İdman Arbitraj Məhkəməsindəki araşdırma başa çatdıqdan sonra onunla müqaviləni ləğv edə bilər.

Bildirilir ki, bu cür pozuntu peşəkar futbolçular üçün əmək müqaviləsinin şərtlərinin pozulması hesab olunur. Müqavilə ləğv edilərsə, “Çelsi” transferin qalan dəyərini maliyyə hesabatlarından çıxara biləcək ki, bu da klubun maliyyə vəziyyətinə müsbət təsir göstərəcək.

Bununla yanaşı, klubun digər variantları da var. “Çelsi” futbolçu ilə müqaviləni qüvvədə saxlayaraq gələcəkdə onu müəyyən məbləğə sata bilər və bu müddətdə maaşını ödəməyə davam edər.

Həmçinin “zadəganlar” Mudriki heyətdə saxlayaraq mümkün diskvalifikasiya müddəti başa çatdıqdan sonra yenidən komandaya qaytara bilər.

Qeyd edək ki, daha əvvəl futbolçunun 4 illik diskvalifikasiya ala biləcəyi bildirilmişdi.

Namiq HUN

TodayPress TV

tag: Mixail Mudrik,Çelsi,Futbol,Klub,Todaypress.tv,