3x3 qadın millimiz Buxarest mərhələsinin yarımfinalına yüksəldi

3x3 qadın millimiz Buxarest mərhələsinin yarımfinalına yüksəldi
13.07.2025 19:30 İdman

13 iyul 3x3 basketbol üzrə qadın millimiz Qadın Seriyasında Buxarest mərhələsinin 1/4 final oyununa çıxıb.

TodayPress TV xəbər verir ki, onlar güclü Çin millisinə 21:17 hesabı ilə qalib gəlib və adını yarımfinala yazdırıb.

Qeyd edək ki, yarımfinalda qızlarımızın rəqibi yerli "Rapid Buxarest" klubu olacaq. Oyun Bakı vaxtı ilə saat 19:50-də start götürəcək.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər