Su basmış ərazilərdən 84 nəfər təxliyə edildi

Hadisə

28.03.2026 20:30

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.

TodayPress TV FHN-ə istinadən xəbər verir ki, görülmüş tədbirlər nəticəsində 20-si azyaşlı olmaqla ümumilikdə 84 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda FHN-in qüvvələri tərəfindən bu istiqamətdə işlər davam etdirilir.

TodayPress TV

tag: FHN, Su, Föhqəladə, Bakı, todaypress.tv,