Siyəzəndə qadın dəm qazından boğuldu

Hadisə

01.04.2026 22:30

Siyəzəndə dəm qazından boğulma baş verib.

TodayPress TV "Lent.az"a istinadən xəbər verir ki, Siyəzən şəhər sakini, 59 yaşlı Sevda Ziyad qızı Zeynalovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evin hamam otağında aşkarlanıb.

Onun dəm qazından öldüyü ehtimal edilir.

TodayPress TV

tag: Siyəzən, Dəm Qazı, Boğulma, todaypress.tv,