Şəkidə yol qəzasında 6 nəfər xəsarət aldı

Şəkidə yol qəzasında 6 nəfər xəsarət aldı
03.10.2025 20:00 Hadisə

Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

TodayPress TV-nin məlumatına görə, hadisə axşam saat 17 radələrində Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza zamanı iki minik avtomobili toqquşub. İlkin məlumata görə, avtomobillərdə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirliblər. Hazırda yaralıların müayinəsi aparılır.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər