Motosiklet və skuter oğurlayan 6 nəfər saxlanıldı

Motosiklet və skuter oğurlayan 6 nəfər saxlanıldı
08.08.2025 14:01 Hadisə

Bakının Nizami rayonunda motosiklet və skuter oğurlayan 6 şəxs saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, naməlum şəxslər gecə saatlarında paytaxt sakinlərinin birinə məxsus motosikleti qaçırıblar. Qeyd edilən əməli törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb.

Bundan başqa, vətəndaşların birinə məxsus 2000 manat dəyərində skuteri oğurlayan daha 4 şəxs də tutulub.

Faktlarla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər