Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verdi

Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verdi
21.08.2025 15:25 Hadisə

Müğənni Rəqsanə İsmayılovanın barəsində olan həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.

TodayPress TV xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun şikayəti təmin edilməyib. R.İsmayılova barəsində birinci instansiya məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.

Qeyd edək ki, onun barəsində avqustun 16-da 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

R.İsmayılova iki nəfər zərərçəkən şəxsin 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə təqsirləndirilir.

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər