Masallıda 15 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarıldı

Masallıda 15 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarıldı
22.05.2025 13:23 Hadisə

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Tədbirlərlə əvvəllər məhkum olunmuş 34 yaşlı Aqil Məmmədov saxlanılıb.

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxsdən ümumilikdə 15 kiloqramdan artıq heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb.   

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər