Lənkəranda itkin düşən şəxs axtarılır

Lənkəranda itkin düşən şəxs axtarılır
05.06.2025 09:58 Hadisə

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran rayonunun Horavenc kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub. 

Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar, FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri itkin düşməsi ehtimal edilən 1970-ci il təvəllüdlü İlham Hüseynovun axtarış işlərinə cəlb olunub.  Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər