Gəncədə avtomobillər toqquşdu - Xəsarət alanlar var

Gəncədə avtomobillər toqquşdu - Xəsarət alanlar var
17.02.2026 21:30 Hadisə

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV-nin  məlumatına görə, hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan “Chevrolet” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər