Gəncədə ata, ana və nənə 13 yaşlı qızdan imtina etdi

Hadisə

04.04.2026 22:51

Gəncədə 13 yaşlı qız uşaq evinə verilməsi üçün 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına gətirilib.

TodayPress TV-nin məlumatına görə, 2013-cü il təvəllüdlü F.Səfərovanı xəstəxanaya nənəsi gətirib.

O, nəvəsinin uşaq evinə verilməsini istəyir.

Qeyd edək ki, F.Səfərovadan öncə atası, bir müddət sonra isə anası imtina edib. O, körpəliyindən nənəsinin himayəsi altında yaşayıb.

TodayPress TV

tag: Gəncə, Qız, İmtina, Xəstəxana, todaypress.tv,