Dini ekstremizmi təbliğ edirdi - HƏBS OLUNDU

Dini ekstremizmi təbliğ edirdi - HƏBS OLUNDU
05.05.2026 13:32 Hadisə

Dini ekstremist materialların hazırlanması, saxlanılması və yayılması, habelə dini nifrət və düşmənçiliyin salınmasında təqsirləndirilən Sayadov Orxan Fazil oğlu barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TodayPress TV xəbər verir ki, Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, Orxan Sayadov barəsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) və 283.1-1-ci (dini nifrət və düşmənçiliyin salınması dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər