Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edildi

Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edildi
21.08.2025 22:20 Hadisə

Avqustun 21-də Cəlilabad rayonu Söyüdlü kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan TodayPress TV-yə bildirilib ki, araşdırmalarla yanğının 1980-ci il təvəllüdlü Oqtay Abbasov tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 2 hektar ərazidə quru ot və kol-kos yanıb.

Əməli törədən O.Abbasov barəsində məsuliyyət tədbiri görülüb.

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər