Biləsuvarda ətraf mühiti çirkləndirən 15 nəfər cərimələndi

Biləsuvarda ətraf mühiti çirkləndirən 15 nəfər cərimələndi
07.08.2025 13:24 Hadisə

Biləsuvar rayonunda ətraf mühiti çirkləndirən 15 nəfər barəsində inzibati tədbir görülüb.

Bu barədə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan TodayPress TV-yə verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinə qarşı növbəti əməliyyat keçiriblər.

Əməliyyat zamanı rayonun müxtəlif ərazilərində məişət tullantılarının urnalardan kənara atılmasına, antisanitar vəziyyət yaradılmasına görə 15 nəfər cərimələnib.

Rayon ərazisində ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, sanitariya-gigiyena qaydalarına riayət olunması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

FOTOLAR

Biləsuvarda ətraf mühiti çirkləndirən 15 nəfər cərimələndi — 1
XƏBƏR LENTİ
20 IYUL 2026
Bütün Xəbərlər