37 gün əvvəl kanalda batan gəncin meyiti tapıldı

Hadisə

10.04.2026 23:10

Martın 3-də Yuxarı Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən hissəsində batan və bir aydan çoxdur axtarışları davam edən 1995-ci il təvəllüdlü Abdullayev Zamin Elşad oğlunun meyiti aşkar olunub.

TodayPress TV-nin məlumatına görə, meyit FHN-in Aran Dalğıc Axtarış Qrupu tərəfindən kanalın Hacıalı kəndi yaxınlığından keçən hissəsində tapılaraq sahilə çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

tag: Göyçay, Şirvan, FHN,Boğulma, todaypress.tv,