33 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 29-da ümumi çəkisi 32,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 27,2 kiloqrama yaxın marixuana, 4 kiloqramdan artıq həşiş və 1,3 kiloqramdan çox tiryək olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.