Kollecə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ! Bu, CİDDİ RİSK yaradacaq

Kollecə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ! Bu, CİDDİ RİSK yaradacaq
05.02.2026 14:42 Elm və Təhsil

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2026-cı ildə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının 5, 12 və 26 aprel tarixlərində keçirilməsi planlaşdırılır. 

Bu il gözlənilən yeniliklər və mövcud mexanizmlə bağlı təhsil eksperti Ramin Nurəliyev TodayPress TV-yə danışıb. 


O bildirib ki, imtahanların aprel ayında keçirilməsi şagirdlər üçün müsbət haldır. 

“Çünki 11-ci siniflərin buraxılış imtahanları mart ayında keçirilir və onların yoxlanılması, nəticələrin elan edilməsi prosesi aprel ayına təsadüf edir. Bu səbəbdən Dövlət İmtahan Mərkəzi 9-cu siniflərin kollec seçimini məhz aprel ayında keçirməyə məcburdur. Buraxılış imtahanlarının may-iyun aylarında keçirilməsi arzuolunan olsa da, mövcud şəraitdə bu mümkün deyil. İmtahanların yoxlanılması üçün 3-4 həftə vaxt tələb olunur, yazılı cavabların markerlər tərəfindən qiymətləndirilməsi, apellyasiya mərhələsi və digər imtahan prosesləri DİM-in iş yükünü xeyli artırır”.

Ekspertin sözlərinə görə, 9-cu sinfi bitirən və kolleclərdə təhsil almaq istəyən şagirdlər üçün böyük ehtimalla mart ayında elektron ərizə ilə müraciət prosesi həyata keçiriləcək. Müraciətlərdən sonra buraxılış imtahanının nəticələrinə əsasən 9 illikdən kolleclərə seçim aparılacaq.

O, xüsusilə potensiallı şagirdlərə 9-cu sinifdən kolleclərə müraciət edərkən çox diqqətli olmağı tövsiyə edib. 

“Müəyyən akademik və intellektual potensiala malik şagirdlərin erkən mərhələdə kollec seçimi gələcəkdə ciddi məhdudiyyətlər yarada bilər. 9-cu sinifdən kollecə qəbul olan şagird seçdiyi ixtisasdan sonradan imtina edə bilmir və yalnız həmin istiqamət üzrə subbakalavr kimi ali təhsil müəssisələrinə müraciət etmək hüququ qazanır. Məsələn, maliyyə, turizm və ya iqtisadiyyat yönümlü ixtisas seçən şagird gələcəkdə bu sahənin ona uyğun olmadığını anlasa belə, başqa istiqamətə keçid edə bilmir”.

Mütəxəssis əlavə edib ki, potensiallı bir şagird 9-cu sinifdən turizm və ya iqtisadiyyat ixtisasına qəbul olarsa, sonradan onun İT, kompüter mühəndisliyi və ya tibb kimi sahələrə yönəlmək imkanı itir. Bu isə gələcək karyera baxımından ciddi risk hesab olunur. 

“Buna görə də potensiallı şagirdlərin 11-ci sinfə qədər oxuyaraq birbaşa ali təhsil müəssisələrinə qəbul olmaları daha məqsədəuyğundur. Potensialı zəif olan şagirdlər üçün 9-cu sinifdən kollecə müraciət yaxşı fürsət hesab oluna bilər. Belə şagirdlər kollec təhsilini başa vurduqdan sonra subbakalavr kimi ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq imkanı əldə edirlər ki, bu da onlar üçün mühüm üstünlükdür”, - deyə Ramin Nurəliyev qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Bütün Xəbərlər