Direktor müavini şagirdi və xadiməni döydü

Direktor müavini şagirdi və xadiməni döydü
23.09.2025 20:30 Elm və Təhsil

Lənkəran rayonu Zövlə kənd tam orta ümumtəhsil məktəbində direktor şagirdi və xadiməni döyüb.

TodayPress TV xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Qurban adlı tərbiyə işləri üzrə direktor müavini məktəbin şagirdini döyərkən məktəbin xadiməsi və qadın tədris işləri üzrə direktor müavini uşağı onun əlindən almaq istəyib. Lakin Qurban bu dəfə xadiməyə əl qaldırıb.

İddialara görə, məsələ araşdırılsa da, məhkəmə yenidən Qurbanı işinə bərpa edib. Məsələ məktəbin həmkarlar təşkilatında müzakirə edilib və həmkarlar təşkilatının sədri Qurbanın qardaşı olduğu üçün ona töhmət verilməsi ilə kifayətlənib.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər