34 mindən çox abituriyent imtahan verdi

34 mindən çox abituriyent imtahan verdi
13.07.2025 13:37 Elm və Təhsil

Bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.

TodayPress TV xəbər verir ki, mərkəzdən verilən məlumata görə, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunub.

İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 144 imtahan binası, 2537 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 144 ümumi imtahan rəhbəri, 396 imtahan rəhbəri, 3177 nəzarətçi, 460 buraxılış rejimi əməkdaşı, 144 bina nümayəndəsi cəlb olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İlkin məlumatlara əsasən, 5 nəfərdə mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar. Bir daha xatırladırıq ki, qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və həmin şəxslər ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmırlar.

İmtahanda 34229 abituriyentin iştirakı nəzərdə tutulurdu.

İmtahanda 58 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.

Abituriyentlər onları maraqlandıran sualları “Youtube”da yerləşdiriləcək müvafiq yayımın altına yaza bilərlər.

İyulun 14-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.

XƏBƏR LENTİ
02 IYUN 2026
Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - FHN-dən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Bütün Xəbərlər