Zelenskinin NATO sammitində iştirakı üçün şərt qoyuldu

Dünya

10.06.2025 09:45

"Ukrayna prezidentinin yaxın zamanda keçiriləcək NATO sammitində iştirakının mümkün olması üçün Kiyevə dəstəyə dair güclü və konkret qərarlar qəbul edilməlidir".

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər nazirinin müavini Andrey Sibiqa “RBK-Ukrayna”ya açıqlamasında bildirib.

Sibiqa NATO üzvlüyü məsələsində heç bir üçüncü ölkənin, o cümlədən Rusiyanın veto hüququ olmadığını vurğulayıb. Onun sözlərinə görə, Ukraynanın təhlükəsizliyi və ümumi Avroatlantik məkanın təhlükəsizliyi ayrılmazdır və Kiyev bu prosesdə “yalvaran tərəf” kimi çıxış etmir.

“Prezident Zelenskinin sammitdə iştirakı üçün elə qərarlar qəbul olunmalıdır ki, onlar artıq indi bizim müdafiə qabiliyyətimizi gücləndirsin. Biz də məhz bu məntiq əsasında gözləntilərimizi formalaşdırır və tərəfdaşlarımıza birbaşa çatdırırıq”, – deyə Sibiga bildirib.

Qiymət Mahir

tag: Ukrayna,NATO,Zelenski,Andrey Sibiqa,todaypress.tv,