Aİ Çin şirkətlərini tenderlərdən kənarlaşdıracaq
Dünya
20.06.2025 12:16
Avropa İttifaqı (Aİ) Çin şirkətlərini üzv ölkələrdə 5.5 milyon dollardan çox dəyəri olan tibbi cihazlar üçün açıq tenderlərdən kənarlaşdıracaq.
TodayPress TV xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.
Bildirilib ki, bu qərar Çinin tibbi cihaz sahəsində Aİ şirkətlərinə qarşı maneələrinə cavabdır.
Qeyd olunub ki, əgər alternativ tədarükçü yoxdursa, istisnalar ola bilər və bu tədbir Ümumdünya Ticarət Təşkilatının qaydalarına uyğundur.
Aİ-nin məqsədi Çin tərəfinin Aİ şirkətlərinə və məhsullarına qarşı ayrı-seçkiliyi dayandırmaqdır. Tədbirlər Çin narahatlıqlarını həll edərsə, ləğv oluna bilər.
Qeyd edək ki, Aİ ölkələri ildə təxminən 150 milyard avro dəyərində tibbi cihaz alır, bunların 70%-i dövlət tenderləri ilə təmin edilir.
Türkan İsgəndərli
tag: Aİ,Çin,Tibb,Sanksiya,Todaypress.tv,